Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
“Məişət zorakılığı törətmiş şəxslər üçün psixoloji reabilitasiya proqramlarının hazırlanması” mövzusunda dəyirmi masa keçirilib

0

  • “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Prezident İlham Əliyevin 27 noyabr 2020-ci il tarixli 2307 nömrəli Sərəncamın icrası ilə əlaqdər olaraq Xocalı rayonu üzrə də müvafiq maarifləndirici tədbirlər keçirilmişdir. Bu mənada Dövlət Proqramının "Məişət zorakılığının qarşısının alınması və onunla mübarizə sahəsində əməkdaşlıq" mövzusunda məişət zorakılığı törətmiş şəxslər üçün psixoloji reabilitasiya proqramlarının hazırlanması istiqamətində rayon sakinlərinin kompakt şəkildə məskunlaşdıqları qəsəbələrdə maarifləndirici görüşlər keçirilmişdir. Belə tədbirlərdən biri 22.11.2023-ci il tarixdə Goranboy rayon Aşağı Ağcakənd qəsəbəsində rayon icra hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın üzvləri, Xocalı şəhər 4 saylı tam orta məktəbin pedoqoji kollektivi, ictimai fəallarının iştirakı ilə dəyirmi masa keçirilmidir. Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Lamiyə Qarayeva və digər natiqlər məişət zorakılığı ilə mübarizə istiqamətində müdafiə mexanizminin gücləndirilməsi və təcrübi biliklərin artırılması məqsədilə İcra Hakimiyyəti və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən mütəmadi olaraq təlimlərin keçirildiyini vurğulayaraq, gələcəkdə aşkar ediləcək zorakılıq halları ilə bağlı Qrup üzvlərinin bir-biri ilə əlaqəsinin, informasiya mübadiləsinin və müraciətlərə çevik reaksiya verilməsinin təmin olunması məqsədilə “WhatsApp” qrupun yaradılmasının məqsədəmüvafiq hesab edildiyini vurğulayıb. Eyni zamanda məişət zorakılığı törətmiş şəxslərin psixoloji reabilitasiyadan keçmələri üçün müxtəlif proqramlardan istifadə olunmasının vacibliyini qeyd edib.Dəyirmi masa diskussiya formatında davam etdirilib və qrup üzvlərinin rəy və təklifləri dinlənilib.Görüşlərdə psixoloji rebilitasiya proqramlarının hazırlanması ilə bağlı müxtəlif təkliflər irəli sürülmüşdür. 
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməCəmiyyət
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi3 il öncə
    İzlənib61 dəfə
    “məişət zorakılığı törətmiş şəxslər üçün psixoloji reabilitasiya proqramlarının hazırlanması” mövzusunda dəyirmi masa keçirilib

    Maraqlı gələ bilər
    45